Pezeşkiandan Azərbaycan açıqlaması – “Bu, çox vacibdir”

Pezeşkiandan Azərbaycan açıqlaması - "Bu, çox vacibdir"

“Qonşu ölkələr –  Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Fars körfəzinin sahilyanı dövlətləri ilə əlaqələrin gücləndirilməsi çox vacibdir”. 

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian bildirib ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması böyük nailiyyətlərə gətirib çıxara bilər:

“İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei iranlıların öz ölkələrini müdafiə etməyə hazır olmasının əhəmiyyətini vurğulayıb. O, bununla yanaşı diplomatiyanın da gündəmdə olmasının vacibliyini qeyd edib. Bu xalqın sülh içində yaşaması müharibəyə qoşulmasından qat-qat yaxşıdır”.

“Bəziləri insan haqlarını müdafiə etdiklərini iddia edir, lakin Qəzzada heç bir insanın dözə bilməyəcəyi ürəkağrıdan vəziyyət yaradıblar.  Avropa ölkələri və insan haqları təşkilatları insanlıqdan danışırkən Qəzza xalqına qarşı vəhşi hərəkətlərə necə haqq qazandıra bilərlər?”, – Pezeşkian deyib.

Əliyar Xəlil
Globalinfo.az