Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, jurnalist Altan Öymen dünyasını dəyişib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, 93 yaşlı Altan Öymenin ölümünə səbəb ağciyər xərçəngi olub.
Qeyd edək ki, o, 1932-ci il iyunun 20-də İstanbulda anadan olub.
1999-2000-ci illərdə Cümhuriyyət Xalq Partiyasına sədrlik edib.