ABŞ prezidenti Donald Tramp Ukraynanın Amerika ehtiyatlarından hava hücumundan müdafiə sistemləri ilə təmin olunması barədə müraciətini rədd edib.
Globalinfo.az xəbərverir ki, bu barədə “Bild” nəşri Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Avropa ölkələrinə Ukraynaya yardım məqsədilə öz arsenallarından hava hücumundan müdafiə sistemləri təqdim etməyi təklif edib. Almaniya isə bu şəraitdə həm Ukraynaya maliyyə dəstəyi, həm də hava hücumundan müdafiə sistemlərinin birbaşa ötürülməsi yükünü öz üzərinə götürməyə məcbur qala bilər.
Məlumata görə, Tramp Avropa müttəfiqlərinə açıq şəkildə bildirib ki, bu problemi təkcə pulla həll etmək mümkün deyil. O, Avropa ölkələrinin yalnız ABŞ-dan yeni silahlar alması şərti ilə öz arsenalındakı sistemləri təqdim etməsinin mümkünlüyünü vurğulayıb.
Hazırda Almaniyada hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı yaşanır və bu vəziyyət Berlinin qərarlarını daha da çətinləşdirir.
Tahir Turan
Globalinfo.az














