Brussels view from Mont des Arts Brussels Belgium cropped

Avropa İttifaqı İranı nüvə proqramı ilə bağlı yaranmış problemi diplomatik yolla həll etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı bərpa etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə sözçüsü Ənvər əl-Anuni danışıb. O, qeyd edib ki, Avropa İttifaqı diplomatiyaya üstünlük verir, lakin bu prosesdə İranın aktiv iştirakı və şəffaflığı vacibdir.

Əl-Anuni qeyd edib ki, İrana qarşı beynəlxalq sanksiyaların yenidən tətbiqi məsələsində qərar Fransa, Almaniya və Böyük Britaniyanın ixtiyarındadır. Bu üç Avropa ölkəsi “tətik mexanizmini” işə salmaq hüququna malikdir.

Aİ və digər dünya gücləri İranın nüvə fəaliyyətlərinin sülhməramlı məqsədlərdən kənara çıxmaması üçün Tehranın BAEA ilə əməkdaşlığını zəruri hesab edir.

Tair Turan
Globalinfo.az

Paylaş: