“Dəhliz mövzusu ilk dəfə gündəmə gətiriləndə keçid üçün 3-4 yolla bağlı müzakirə aparılırdı. Əsas məsələ isə Meğridən keçməsi düşünülən xəttə idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Namusum var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
O, yolun Meğridən keçəcək hissəsində ciddi fikir ayrılıqlarının yaşandığını söyləyib:
“İran yolun oradan keçməsinə qarşı idi, lakin ABŞ və İsrail məhz buna görə dəstəkləyirdi. Digər tərəfdən isə bu proses geosiyasi baxımdan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün imkan yaradır. Bu çərçivədə Ermənistanda Qərb-Rusiya qarşıdurması aydın şəkildə müşahidə olunur. İndi hakimiyyət dəhlizin ABŞ-ın nəzarətində olmasına razılaşacağı görüntüsünü yaradır. Əsas hədəf isə Rusiyadır. Vaşinqton dost ölkədir, Moskva müttəfiqimizdir, problem onlarda deyil, İrəvan hakimiyyətindədir”.
Əliyar Xəlil
Globalinfo.az