“Rusların Prezident Vladimir Putinə inam səviyyəsi yüksək olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İctimai Rəy Fondunun (FOM) iyulun 11-dən 13-dək keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
“Rusiyalıların 78 faizi Vladimir Putinə güvəndiyini bildirib. Bu rəqəm bir həftə ərzində dəyişməyib. Həmçinin, 79 faiz onun dövlət başçısı kimi yaxşı iş gördüyünə əmindir”, – FOM məlumat yayıb.
Əliyar Xəlil
Globalinfo.az