putinnnnnnn

Rusiya prezidenti Vladimir Putin bildirib ki, rus qadınlar adətən orta hesabla 28 yaşında ilk övladını dünyaya gətirirlər və daha çox şeyə gücləri çatmır.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Putin bu barədə Maqnitoqorsk Dəmir-Polad Zavodunda işçilərlə söhbəti zamanı danışıb.

“Qadınlarımızın ilk övladı orta hesabla 28-29 yaşında dünyaya gəlir. Körpəni bir az böyüdürlər, sonra ikinci və ya üçüncü uşaq üçün nə vaxt qalır, nə də güc”, – deyə Putin dolayı ilə Rusiyada demoqrafik problemin olduğunu dilə vətirib.

Paylaş: