Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsrailin Dəməşqə endirdiyi zərbədən sonra Qərbin mövqeyi ilə bağlı sualı cavablandırıb.
Globalinfo.az xəbər verir ki, o, Qərbin bu məsələdə ikili standartlar tətbiq etdiyini bildirib və ritorik cavablarla mövcud vəziyyəti tənqid edib.
“Mövcud Suriya rejimi yaxşıdır, yoxsa onlar terrorçudur? Qərb, o cümlədən Vaşinqton onları ‘yaxşı’ hesab edib və sanksiyaları ləğv edib. Bu gün isə İsrail Dürzilərə qarşı repressiyalara görə Dəməşqdəki Baş Qərargahı və Prezident Sarayını bombalayıb, yeni hakimiyyət orqanlarını druzlara qarşı repressiyaya görə terrorçu elan edib. O zaman əsl terrorçu kimdir? Bunu düşünmək qorxuludur?” – deyə Medvedev sərt suallar ünvanlayıb.
O həmçinin qeyd edib ki, ABŞ bir tərəfdən İranın nüvə obyektlərinə hücum edir, digər tərəfdən isə İsrail İran Prezidentini hədəfə alır.
“İndi də Qəzza zolağını və Suriyanı bombalayırlar, yeni Suriya rejimi isə öz vətəndaşlarını məhv edir”, – deyə Medvedev əlavə edib.
Tahir Turan
Globalinfo.az