Kremldən Trampın Moskva və Sankt-Peterburq haqda çağırışına CAVAB

Kremldən Trampın Moskva və Sankt-Peterburq haqda çağırışına CAVAB

Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı xəbərlərə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Bir qayda olaraq, belə məlumatların hamısı çox zaman yanlış olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə də bu belədir”, – o bildirib.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenskidən ordusunun Moskvaya niyə hücum etmədiyini soruşub.

“Tramp bildirib ki, Ukrayna təkcə Moskvaya hücumu deyil, həm də Sankt-Peterburqu da vurğulayaraq Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmalıdır  “, – nəşr qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az