“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan danışıqların bəzi təfərrüatları teziklə açıqlanacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazir aparatının rəhbəri Taron Çaxoyan jurnalistlərə açıqlamasında deyib.
O, yaxın zamanda bəzi bilinməyən detalların açıqlanacağını söyləyib:
“Bakı ilə İrəvan bir sıra mövzularda razılığa gəliblər, bəyanat veriləcək və mötərizələr açıqlacaq”.
Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş baş tutub.
Əliyar Xəlil
Globalinfo.az