tramp 4

ABŞ Prezidenti Donald Tramp böyük ehtimalla Ukraynaya silah tədarükünü və Rusiyaya qarşı sanksiyaları elan edəcək. Lakin Moskva ilə dialoqu davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin deyib.

“Rusiya və Ukrayna üçün yaxşı və pis xəbərlər olacaq. Kiyev yeni silahlar alacaq, lakin əvvəlki miqyasda olmayacaq. Tramp böyük ehtimalla Vladimir Putinlə dialoqu davam etdirəcək. Düşünürəm ki, Ağ Ev lideri özünü gözdən salacaq. Çünki bütün bu tədbirlər görülsə, o, Baydendən çox az fərqlənəcək”, – o bildirib.

Bloxin vurğulayıb ki, Trampın hərəkətləri mənfi addım hesab ediləcək.

Qeyd edək ki, iyulun 14-də Donald Tramp mühüm bəyanatla çıxış etmək niyyətindədir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: