İkiqat olimpiya çempionu və Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov Sinqapurda keçirilən su idman növləri üzrə dünya çempionatının təşkilatçılarını sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, rusiyalı idmançılara sosial şəbəkələrdə ölkə bayrağını paylaşmağı qadağan edən qərarı qəbuledilməz adlandırıb.
“Bu, sadəcə olaraq, bizi ələ salmaqdır. Təəssüf ki, bütün bu tələblər daha da pisləşəcək. Beynəlxalq federasiyaların rusiyalı idmançılara münasibəti ilə müqayisədə Pavlik Morozov sadəcə istirahət edir”, – deyə Fetisov bildirib.
Qeyd edək ki, qadağa 13 iyulda elan olunub. Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) izah edib ki, bitərəf statusun şərtlərinə əsasən, rusiyalı və belaruslu idmançılar sosial şəbəkələrdə belə öz ölkələri ilə hər hansı vizual və ya mətn əlaqəsi qura bilməzlər.
Tahir Turan