“ABŞ Prezidenti Donald Tramp ölkədə dondurulmuş Rusiya aktivlərinin 5 milyard dollarını Ukraynaya köçürə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Nə Ağ Evin indiki rəhbəri, nə də onun sələfi Co Bayden belə bir tədbirə əl atmayıb”, – deyə bildirilib.
CBS daha əvvəl bildirmişdi ki, Tramp yeni prezidentlik müddəti başlayandan bəri ilk dəfə olaraq Ukraynaya hərbi dəstək üçün əlavə vəsait ayırmaq imkanını nəzərdən keçirir.
Əliyar Xəlil
Globalinfo.az