8ae801a71e07aa9aa8e411ffa1ba4fd3

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yüksək rütbəli zabiti, polkovnik İvan Voroniçin Kiyevin mərkəzində qətlə yetirilməsi Ukraynada və regionda rezonansa səbəb olub.

Globalinfo.az-ın xəbərinə görə, hadisə iyulun 10-da günorta saatlarında baş verib. Silahlı şəxs Voroniçə yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb və dərhal hadisə yerindən qaçıb.

Cinayətkar heç bir silah izi qoymadan izsiz şəkildə yoxa çıxıb. İlkin məlumatlara əsasən, Voroniç SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzində çalışır və Rusiya ərazisində təxribat və terror aktlarının koordinasiyası ilə məşğul olan strukturlardan birinə rəhbərlik edirdi.

Hadisə bir neçə fərziyyə doğurub. Rusiyalı politoloq Vladimir Skaçko “aif.ru”ya verdiyi müsahibədə bu sui-qəsdin Voroniçin Rusiyaya qarşı fəaliyyətinə görə həyata keçirilmiş mümkün qisas aktı ola biləcəyini istisna etməyib.

“Bəlkə də bu, onun Rusiyada törətdiyi əməllərə görə cavabdır. Axı bu cür hərəkətlərə görə istənilən ölkə qarşılıq verə bilər”, – deyə Skaçko bildirib.

Lakin politoloq bu ehtimalı qəti şəkildə təsdiqləməkdən çəkinib və alternativ versiya irəli sürüb. Onun fikrincə, bu qətl Ukrayna xüsusi xidmət orqanlarının daxilindəki cinayət sxemləri və korrupsiya ilə əlaqəli ola bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: