ABŞ-dan yeni təklif: 78 il öncəki plan gündəmdə

ABŞ-dan yeni təklif: 78 il öncəki plan gündəmdə

“Müttəfiqlər yeni “Marşal Planı” hazırlamaqla Ukraynanın bərpasına kömək etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O, İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpası prosesini xatırladıb.

“Ukrayna üçün də eyni şeyi etməliyik. İlk addım tərəflər arasında atəşkəs razılığıdır”, – deyə Kelloq bildirib.

Qeyd edək ki, “Marşal Planı” 1947-ci ildə ABŞ tərəfindən İkinci Dünya Müharibəsi nəticəsində məhv olmuş Avropanı bərpa etmək, iqtisadiyyatını gücləndirmək və kommunizmin genişlənməsinin qarşısını almaq üçün təklif etdiyi iqtisadi yardım proqramı idi.

Əliyar Xəlil
Globalinfo.az