Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitindəki çıxışı ABŞ prezidenti Donald Tramp tərəfindən sərt reaksiya ilə qarşılanıb.
Globalinfo.az-ın məlumatına görə, Putin sammitin plenar iclasında (iyulun 6-da videobağlantı vasitəsilə) çıxış edərək bəyan edib ki:
“BRİKS assosiasiyası iqtisadi göstəricilərinə görə digər ittifaqları, xüsusilə G7-ni geridə qoyur. Hazırda BRİKS ölkələri dünya iqtisadiyyatının təxminən 40 faizini təşkil edir”.
Bu açıqlamadan sonra, Çinin “Sohu” nəşri Trampın reaksiyasını belə təsvir edib.
“Tramp şir kimi gurladı və BRİKS-i dəstəkləyən ölkələri 10 faizlik tariflərlə hədələdi”.
Çin nəşri qeyd edir ki, Trampın bu təhdidlərinin ciddi hüquqi və ya iqtisadi əsası yoxdur və daha çox blef və psixoloji təzyiq vasitəsi kimi görünür.
Tahir Turan














