minnihanov

Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüş yalnız regional əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda Kremldə ciddi rezonansa səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Tatar-inform” agentliyi yayıb. Məlumata görə, Minnixanovun beynəlxalq forumlarda fəal iştirakı, xüsusilə İslam dünyası ölkələri ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətindəki cəhdləri Kremlin narahatlığına səbəb olub.

Məsələ ondadır ki, bu diplomatik təmasın Moskva tərəfindən birmənalı qarşılanmadığı və Minnixanovun xarici fəaliyyətinə məhdudiyyət tələbi ilə üzləşdiyi bildirilir.

Moskvadakı mənbələrin iddiasına görə, Tatarıstan rəhbərinin federal mərkəzlə razılaşdırmadan xarici ölkələrlə diplomatik təmaslar qurması və beynəlxalq səviyyədə görünürlüyünü artırması Rusiyanın vahid xarici siyasət konturuna uyğun gəlmir. Bu səbəbdən, Rüstəm Minnixanova qeyri-rəsmi şəkildə siqnallar göndərilərək xarici əlaqələrini məhdudlaşdırmaq tələb olunub.

Bildirilir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan bu təmas, Tatarıstan rəhbərinin Moskva ilə koordinasiyasız şəkildə yüksək səviyyəli xarici liderlərlə əlaqə qurmasının nümunəsi kimi qiymətləndirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: