oyun2

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Globalinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda portuqaliyalı yarımmüdafiəçi Dioqo Balaunu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə imzalanıb.

Xatırladaq ki, Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.

Paylaş: