Kabardin-Balkar Respublikasının Nalçik kəndində atışma baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.
Hadisə yerinə təcili tibbi yardım xidməti və hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin məlumata görə, insident zamanı polis əməkdaşı xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Artıq silahlı hücum təşkil edən ikinci şəxs də saxlanılıb. Onun silahı müsadirə edilib. Həmin şəxs yaxın vaxtlarda istintaqa cəlb olunacaq.
“Shot” Teleqram kanalının məlumatına görə, hücum edənlər İŞİD tərəfdarları olub.
СМИ сообщают о перестрелке в Нальчике в Кабардино-Балкарии pic.twitter.com/mRmdc2NBRr
— Seymur Bakshev (@SBakshev) July 4, 2025
Əliyar Xəlil