ddd

Ermənistan Milli Assambleyasının deputatı, baş nazir Nikol Paşinyanın keçmiş tərəfdaşı Ovik Ağazaryan Rusiyanı İrəvanın təxribatlarına uymamağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Bu çıxış hakim “Mülki müqavilə” fraksiyasının üzvləri arasında kəskin reaksiyaya səbəb olub. Onlar Ağazaryanın ünvanına “utancvericidir” deyə qışqırmağa, söz, ardınca əlbəyaxa davaya başlayıblar. Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Eqoyan deputatı xarici dövlətin maraqlarına xidmət etməkdə ittiham edib. Ağazaryan ona nalayiq söyüşlər yağdıran deputata su butulkasını atıb.

Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan onu iclas zalından çıxarıb və gələcək iclaslarda iştirakını qadağan edib. Eqoyana isə xəbərdarlıq edilib”, – deyə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: