“Unudulmaz tarix idi” – Elmar Məmmədyarovdan 14 il öncəyə işarə

"Unudulmaz tarix idi" - Elmar Məmmədyarovdan 14 il öncəyə işarə

Bu gün sabiq xarici işlər naziri Elmar Məmmədyarovun doğum günüdür.

Globalinfo.az bununla bağlı onun təəssüratlarını öyrənib.

Sabiq nazir ad gününü təntənəli şəkildə qeyd etmədiyini bildirib:

“Doğum günümü övladlarımın yanında keçirirəm. Mənim üçün 65 ildə ən gözəl hədiyyə iki oğlumdur. Onlarla fəxr edirəm!”.

E.Məmmədyarov həyatının ən unudulmaz xatirəsini də bölüşüb:

“Övladlarımın dünyaya gəlməsindən əlavə, həyatımda yadımdan çıxmayan tarix də var. Bu da Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olmasıdır”.

Xatırladaq ki, Azərbaycan ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçilib.

Qeyd edək ki, Elmar Məmmədyarov 2 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub.

Globalinfo.az kollektivi onu təbrik edir, uğurlar diləyir!

Zaira Akifqızı
Globalinfo.az