tramp

 “İsrail Qəzza zolağında 60 günlük atəşkəsə razılaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Nümayəndələrim Qəzza ilə bağlı israillilərlə uzun və məhsuldar görüş keçirdilər. İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşdı. Bu müddət ərzində biz bütün tərəflərlə müharibəni bitirmək üçün işləyəcəyik”, – o qeyd edib.

Tramp əlavə edib ki, Qətər və Misir Fələstinin radikal HƏMAS hərəkatına atəşkəs təklifi təqdim edəcək:

“Bu qəbul olunmasa, qruplaşma üçün işlər daha da pisləşəcək”.

Qeyd edək ki, bundan əvvəl D.Tramp tezliklə Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edəcəyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: