Rusiya Prezidenti Vladimir Putinin Belarusa ikigünlük rəsmi səfəri başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Minskdə Avrasiya İqtisadi Forumunun açılışı baş tutub.
Tədbirdə Rusiya lideri ilə yanaşı Kuba və Özbəkistan prezidentlərinin də iştirak etdiyi qeyd olunur.
Rusiya nümayəndə heyətinə Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Baş nazirin müavini Aleksey Overçuk və Kreml sözçüsü Dmitri Peskov daxildir.
Aysel Əliyeva
Globalinfo.az