“Ukraynalıların mübarizəsi məni heyran edir”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Haaqa sammitində çıxışı zamanı deyib.
Leyen ukraynalıların sıfırdan müdafiə sənayesi qurduqlarını və döyüş şəraitində dronlar və ballistik raketlər istehsal etməyi bacardıqlarını bildirib.
“Ukrayna öz varlığı uğrunda döyüşərkən sıfırdan müdafiə sənayesi qurdu, dronlar və ballistik raketlər hazırladı. Və bütün bunlar müharibə şəraitində baş verdi. Bu, məni dərin şəkildə heyran edir”, – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az














