Norveç Ukraynaya 6,5 milyard Norveç kronu (təxminən 642 milyon ABŞ dolları) məbləğində vəsait ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Norveç hökumətinə istinadən məlumat yayıb.
Bu vəsait Ukraynanın pilotsuz uçuş aparatları almasına yönəldiləcək.
İyunun 20-də Norveçin Baş naziri Yonas Qar Store bəyan edib ki, ölkə NATO-nun hədəflərinə uyğun olaraq müdafiə və təhlükəsizlik xərclərini ÜDM-in 5 faizinə çatdırmağı planlaşdırır. Onun sözlərinə görə, Norveç ÜDM-in 3,5 faizini müdafiə məqsədlərinə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərməyə sərf edəcək.
Krallığın ÜDM-in əlavə 1,5 faizi isə milli və kollektiv təhlükəsizliyin təminatına yönəldiləcək.
Aysel Əliyeva
Globalinfo.az














