meclis yeni 1

Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Globalinfo.az xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

Deputatlar təbriki alqışlarla qarşılayıblar.

***

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

İclasın gündəliyinə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihəsi də daxil olmaqla ümumilikdə 12 məsələ daxil edilib.

Paylaş: