“İsrail və İran arasında münaqişə fonunda Ukraynanı unutmaq fikrimiz yoxdur. Biz bu vədi vermişik”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Cohan Vadephul deyib.
“Eyni şey digər silahlı münaqişələrə və humanitar fəlakətlərə də aiddir”, – o bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putini danışıqlara razı salmaq üçün Qərb Moskva ilə əlaqədə olmalıdır:
“Həmçinin Kiyevə hərbi dəstək davam etdirilməlidir”.
Əliyar Xəlil
Globalinfo.az