6853fd036c689faa63f811d8

Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb. 

Globalinfo.az xəbər verir ki, hadisə Adanada baş verib.

Məlumata görə, təyyarə gölə düşüb. Pilot yanğınsöndürən helikopterin pilotuna, “Gölə düşmüşəm, salamatam, gəlib məni çıxarın”, – mesajı atıb.

Adanada meşəlik ərazidə yanğının başladığı və yanğınsöndürənlərin əraziyə cəlb edildiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: