“Romada bəzi senatorlar ictimai rəyə təsir göstərmək üçün pulla yalan hava proqnozları sifariş edirdilər. Məsələn, belə xəbərlər yayılırdı: “Sabah tufan gözlənilir, ordu səfərə çıxa bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzusunda seminarda çıxışı zamanı deyib.
O bildirib ki, bu cür yalan və sifarişli xəbərlər yayanlara “durnalist” deyilir.
Natiq Məmmədli əlavə edib ki, imperator Tiber sonradan “Acta Senatus”u – Senatın qeydlərini bağlatdırıb:
“Bu isə tarixdə ilk senzura hadisəsi kimi qiymətləndirilir”.
Zaira Akifqızı
Globalinfo.az