İsrailin aylardır İrana gizli şəkildə hazırladığı hücum planı üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə görə, İsrailin Baş naziri Benyamin Netanyahu dekabr ayında düyməni basıb.
“O, fevralda planı ABŞ Prezidenti Donald Trampa təqdim edib. Belə ki, B.Netanyahu 4 fevral 2025-ci ildə Ağ Evdə keçirilən görüşdə D.Trampa İranın nüvə proqramı ilə bağlı ətraflı təqdimat edib. Məlumata görə, ABŞ lideri İsrailin hücum planına tamamilə qarşı çıxmayıb və ya birbaşa dəstək verməyib. O, orta mövqe yolunu seçib”, – məqalədə yazılıb.
Bildirilib ki, əslində B.Netanyahu keçən ayın sonunda İrana genişmiqyaslı hərbi hücum planlaşdırıb və ABŞ-ın dəstəyi olmasa belə, bunda qərarlı olub:
“O, təkcə nüvə obyektlərini deyil, həm də İran rejimini hədəf ala biləcək genişmiqyaslı hücuma hazırlaşıb. Donald Tramp aprel ayında Netanyahunun hərbi müdaxilə təklifini qəbul etməyib, həmçinin mayın sonunda gərgin telefon danışığında ona yenidən “birtərəfli hücumdan çəkinin” xəbərdarlığını edib. Buna baxmayaraq, Ağ Ev bilirdi ki, İsraili bu dəfə dayandırmaq mümkün olmayacaq. Tramp İsrailin İrana qarşı səbrinin tükəndiyini və diplomatiyanın nəticə verməyəcəyini bildirib”.
Hesabatdakı iddialara görə, Tramp administrasiyası İrana da “danışıqlara razı ol, yoxsa hücum davam edəcək” mesajı verib:
“Ağ Ev rəhbəri hazırda İsrailə ABŞ təyyarələrini göndərmək haqqında ciddi düşünür. Məqsəd isə Təl-Əvivin döyüş təyyarələrini yanacaqla doldurmaq və İranın Fordodakı yeraltı nüvə obyektlərinə bombalarla hücumu təmin etməkdir”.
Günay Rəsulqızı
Globalinfo.az














