1eb9f9bc 059c 4c0e a9e7 4efd46031ac2

İyunun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Oyunlara hazırlıq işləri barədə təqdimatlar təqdim edib.

İclasda qeydiyyat, hava limanında qarşılanma və yolasalma, açılış, bağlanış mərasimləri və yarışlar zamanı nəqliyyat xidmətlərinin təşkili, təchizat və loqistika, inzibati işlər, işçi heyətinin formalaşdırılması, könüllü proqramı, media xidmətləri və kommunikasiya, idman əməliyyatları, yarış məkanlarının hazırlanması və təhlükəsizliyin təminatı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib.

whatsapp 2025 06 13 22.04.24 ec707848 whatsapp 2025 06 13 22.04.24 9b22cf3d whatsapp 2025 06 13 22.04.25 95b1d608 whatsapp 2025 06 13 22.04.25 f22b4795 whatsapp 2025 06 13 22.04.27 e350662b

Paylaş: