israil felestin 0

İsrail İrana hücumla bağlı Almaniya Kansleri Fridrix Mertzə də məlumat verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

“Lakin Metzə qismən məlumat verilib. Kansler İran ərazisinə vurulan zərbə ilə bağlı xəbəri yerli vaxtla saat 2:30-da öyrənib”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrailin hücumu ilə bağlı ABŞ-ın da məlumatlı olduğu bəlli olmuşdu.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan əməliyyata başladığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: