“ABŞ nüvə probleminin diplomatik yolla həllinə sadiq qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, İranın ilk növbədə nüvə silahı yaratmaq istəyindən əl çəkməli olduğunu bildirib:
“Administrasiyanın diqqəti Tehranla danışıqlara yönəlib. İran böyük ölkə ola bilər, amma ilk növbətə nüvə silahı ilə bağlı fikirlərindən yayınmalıdırlar”.
Tramp həmçinin İrana hücumdan xəbərdar olduğunu və Tehranın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-ın özünü, həmçinin İsraili müdafiə edcəyini açıqlayıb.
Qeyd edək ki, İsrailin İrana hücumunun iki həftə davam etməsinin planlandığı açıqlanıb.
Əliyar Xəlil
Globalinfo.az