“İran İsrailin mümkün zərbəsinə hazırlaşır”
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) nəşri məlumat yayıb.
Bildirilib ki, artıq ölkənin hərbçiləri və hökumət nümayəndələri əks-hücumla bağlı görüşlər keçiriblər.
“Rəsmi Tehran yüzlərlə ballistik raketlə İsrailə dərhal əks-hücum təşkil edə bilər”, – nəşr vurğulayıb.
Qeyd edək ki, iyunun 12-də “CBS Nyus” İsrailin İranın nüvə obyektlərinə qarşı əməliyyata “tam hazır” olduğu barədə məlumat yaymışdı.
Əliyar Xəlil
Globalinfo.az