NATO-nun Baş katibi Mark Rutte Britaniya hökumətinə müdafiə xərclərini artırmağı tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
“Əgər indi hərəkətə keçməsək, üç, dörd və ya beş ildən sonra doğrudan da təhlükə ilə üzləşə bilərik. Tam ciddi deyirəm. O zaman siz rus dili öyrənməli, ya da Yeni Zelandiyaya köçməli olacaqsınız”, – deyə Rutte Rusiyanın ehtimal hücumuna eyham vurub.
Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi digər alyans üzvlərinə müdafiə xərclərini artırmağı təklif etmişdi.
Əliyar Xəlil
Globalinfo.az