volodin

Almaniya hökuməti vəziyyəti gərginləşdirməyə çalışır və Rusiya ilə qarşıdurmalara səbəb ola biləcək addımlar atır.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniya kansleri Fridrix Mertsin İkinci Dünya Müharibəsinin nəticələri ilə bağlı son açıqlamalarını şərh edərək deyib.

Volodin alman xalqının belə qarşıdurma istəyib-istəmədiyi ilə bağlı sual verib və bildirib ki, Rusiya qarşıdurma istəmir:

“Amma bu baş versə, Rusiya buna hazırdır”.

Qeyd edək ki, bundan əvvəl kansler Merts ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Ukrayna münaqişəsindən danışarkən 1944-cü ildə müttəfiqlərin Normandiyaya çıxmasının ildönümünü və ABŞ-ın bu əməliyyatdakı rolunu xatırladıb və  deyib ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq həm sizin, həm də bizim əlimizdədir.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: