Erməni əsilli iş adamı Rusiyada həbs edildi

Erməni əsilli iş adamı Rusiyada həbs edildi

Moskva məhkəməsi erməni əsilli iş adamı, bloger Areq Şepixini ekstremizm işi üzrə 2 ay müddətinə həbs edib.

Globalinfo.az xəbər verir ki, o, istintaq təcridxanasına göndərilib.

Cinayət işinin başlanmasına səbəb Şepixinin çeçenlərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi videolar olub.

Qeyd edək ki, iyunun 3-də Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında erməni Areq Samveloviç Şepixin çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. O, islam dininə və çeçenlərə qarşı təhqir və söyüş videoları ilə tanınır.