İstanbulda keçirilən Rusiya-Ukrayna görüşü başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin əməkdaşının sözlərinə görə, nümayəndə heyətləri Çırağan sarayını tərk edirlər.
Görüş bir saatdan bir qədər artıq davam edib. Yekunda nümayəndə heyətlərinin açıqlama verəcəkləri bildirilir.
***
İstanbulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli danışıqları başlayıb.
Globalinfo.az xəbər verir ki, danışıqlarda türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı gözlənilir.
Bunun ardınca Rusiya və Ukrayna nümayəndələri arasında ikitərəfli danışıqlar aparılacaq.