komandan

Ukrayna Quru Qoşunlarının komandanı, general Mixail Drapatıy istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşıb edib.

“239-cu poliqonda baş vermiş faciə nəticəsində ölən əsgərlərimizə görə mən məsuliyyət daşıyıram. Qərar öz şəxsi iradəmlə verilib. Təəssüf ki, komandan kimi əmr və göstərişlərimin tam yerinə yetirilməsini təmin edə bilmədim”, – o bildirib.

Xatırladaq ki, bu gün Rusiya ordusunun zərbəsi nəticəsində Ukrayna Quru Qoşunlarının tədris mərkəzi vurulub. Nəticədə 12 nəfər ölüb, 60 nəfər yaralanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: