Rusiya ordusu Ukrayna Quru Qoşunlarının təlim bölməsinin yerləşdiyi yerə raket zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Quru Qoşunlarının Komandanlığı məlumat yayıb.
“Hadisə zamanı 12 nəfər ölüb, 60-dan çox şəxs yaralanıb. Zərərçəkənlərə bütün lazımi ixtisaslı tibbi yardım göstərilir”, – deyə bildirilib.
Bununla bağlı komissiya yaradıldığı və xidməti araşdırmanın aparılmasına göstəriş verildiyi açıqlanıb.