İtaliyanın Baş naziri Corcia Meloni Qazaxıstana rəsmi səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qonağı hava limanında Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Tərəflər Astana aeroportunda qısa görüş keçiriblər. Kasım-Jomart Tokayev rəsmi qonağa ölkədə italiyalı sahibkarlarla birgə keçirilən biznes forumu barədə məlumat verib. Meloni “İtaliya-Mərkəzi Asiya” sammitinin təşkilinə görə dövlət başçısına təşəkkür edib.
Qeyd edək ki, bu, Meloninin Qazaxıstana ilk səfəridir.
Aysel Əliyeva
Globalinfo.az