mahir emreli 99

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Nürnberq” klubunun heyətində Almaniya II Bundesliqasında son oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, səfər matçında rəqib “Ayntraxt Braunşveyq” olub.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 4:1.

Bununla da Emreli “Nürnberq”in heyətində II Bundesliqada vurduğu qol sayını 10-a çatdırıb. O, daha bir qolu Almaniya Kubokunda vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Nürnberq” çempionatı 48 xalla 10-cu pillədə başa vurub. Mahir Emreli isə klubla müqaviləni uzatmayaraq, yollarını ayırıb.

***

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu – 34-cü tur oyunun keçirir.

Globalinfo.az xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.

Oyuna start heyətdə başlayan Mahir matçda het-trik ilə yadda qalıb.

Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci, 45-ci dəqiqədə 3-cü qolunu vurub.

Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur.

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” – 0:4 (Birinci hissə)

Qollar: Mahir Emreli 10 (1:0), 20 (2:0), Justvan 31 (0:3), Mahir Emreli 45+1 (0:4)

Paylaş: