Ərdoğan Tramp, Şara və Salmanla danışdı – FOTO

Ərdoğan Tramp, Şara və Salmanla danışdı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ-Səudiyyə Ərəbistanı-Suriya onlayn görüşündə iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ”Anadolu Agentliyi” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd əş-Şara onlayn formatda görüş keçirib.

***11:35

ABŞ Prezidenti Donald Trampla Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Görüş Səudiyyə Ərəbistanında keçirilir.

Qeyd edək ki, bu, iki ölkə liderlərinin son 25 ildə ilk görüşüdür.

Ərdoğan Tramp, Şara və Salmanla danışdı - FOTO

Zaira Akifqızı
Globalinfo.az