behruz ehmedov

Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov hərbi prokuror təyin edilib.

Globalinfo.az bildirir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub.

O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru və Qazax hərbi prokuroru vəzifəsində qulluq keçib.

Ədliyyə polkovnik-leytenantıdır.

Son təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.

Bəhruz Əhmədov 44 günlük müharibədəki xidmətlərində görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: