“Rusiyanın Su-35 qırıcıları İrana cari ilin martında veriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Şəhriyar Heydəri deyib.
O həmçinin yaxın zamanlarda İrana digər Rusiya silahları gələcək ki, bunların içində vertolyot və raket komplekslərinin də olacağını vurğulayıb.
Qeyd edək ki, İrana qarşı BMT sanksiyalarının ləğvindən sonra Rusiya İranın silahlandırılmasına başlayıb. Keçən il ərzində bir neçə dəfə Rusiya nümayəndə heyəti Tehranda, eləcə də İran generalları Moskvada olublar.
Aqşin
Globalinfo.az