Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov vəzifəsindən ayrılıb.
Bu barədə jurnalist Globalinfo.az-a məlumat verib.
O, öz ərizəsi ilə işdən ayrıldığını, hələlik bir az istirahət edəcəyini bildirib.
R.Nəsirov bundan sonra yeni təkliflərə açıq olacağını da vurğulayıb.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü jurnalist uzun illər müxtəlif televiziyalarda çalışıb.
O, 2015-2020-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsində işləyib.
Xatırladaq ki, əməkdar jurnalist sözügedən vəzifəyə 2023-cü ildə təyin edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az














