Rusiya Təhülkəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın İkinci Dünya müharibəsində ölkəsinin qələbəsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Medvedev Trampın müharibədə ABŞ-ın rolu ilə bağlı sözlərini “təmtəraqlı cəfəngiyat” adlandırıb.
O, Ağ Ev rəhbərinə Berlini kimin ələ keçirdiyini xatırlamağı tövsiyə edib:
“4 ildən çox davam edən mübarizədə düşmənə kim qalib gəldi? Avropanı kim azad etdi? Xalqımız lənətə gəlmiş faşizmi məhv etmək uğrunda 27 milyon oğul və qızını qurban verdi. 9 May Rusiyada bayramdır, həmişə belə idi, bu şəkildə də qalacaq”.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İkinci Dünya müharibəsində faşizm üzərindəki qələbə böyük rol oynadığını bildirib və 8 May tarixinin ölkəsində milli bayram günü kimi təsis edilməli olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az