Y45AJ4V225I3NJXQGB6UUWCCVI

Almaniyanın Ştutqart şəhərində avtomobil izdihama çırpıldı: 8 nəfər xəsarət aldı, 3-ü ağır vəziyyətdədir

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, qara rəngli “Mercedes G-Class” markalı avtomobil izdihamın içinə daxil olub.

Ştutqart polisi “X” sosial şəbəkəsində yaydığı açıqlamada bunun faciəvi yol qəzası olduğunu bildirərək, hadisənin terror hücumu və ya qəsdən törədilmiş akt olduğuna dair heç bir əlamət olmadığını qeyd edib.

Sürücü saxlanılıb, ərazidə təhlükə olmadığı vurğulanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: