Mayk Uolts istefa verib: yeni vəzifəsi məlum oldu

Mayk Uolts istefa verib: yeni vəzifəsi məlum oldu

Mayk Uolts ABŞ-ın BMT-də təmsilçisi olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama yayıb.

Həmçinin Marko Rubionun ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə prezident köməkçisi vəzifəsinin müvəqqəti icrasını üzərinə götürəcəyi bildirilib.

*** 20:00

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Qeyd olunur ki, Mayk Uolts və köməkçisi Aleks Vonq mayın 1-dən etibarən vəzifələrindən azad ediliblər.

Onların “Signal” tətbiqi ilə bağlı qalmaqal səbəbindən istefa verdikləri deyilir.

Xatırladaq ki, mart ayında Uolts ABŞ-ın Yəməndəki Husi hədəflərinə qarşı planlaşdırdığı hava zərbələrini müzakirə edən “Signal” qrupuna “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqi təsadüfən əlavə etmişdi. Qoldberq də həmin yazışmanı paylaşmışdı.

Aysel Əliyeva
Globalinfo.az