Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.
Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.